Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 31 mart-Soyqırımı qurbanlarının xatirəsi anıldı

30 mart 2018 | 16:00

30 mart 2018-ci il tarixdə  Heydər Əliyev Mərkəzində  1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir  keçirildi.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçı cənab Namiq Zeynalov,icra hakimiyyəti başçısının aparatı, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.Tədbir iştirakçıları Soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.Tədbirdə çıxış edən Cəlilabad Rayon icra Hakimiyyəti başçısı Namiq Zeynalov 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələri haqqında ətraflı məlumat verdi.Namiq Zeynalov bildirdi ki, 1918-ci ilin martında ermənilərin  azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk  siyasi hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildi. Bu gün dövlət başçısı və Heydər Əliyev Fondunun rəhbərliyi ilə xalqımızın başına gətirilmiş soyqırımı aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün dünyanın aparıcı dövlətlərində hökumət səviyyəsində ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirilir. Bu siyasətin nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətlərinin qanunverici orqanlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair, Xocalı soyqırımını tanıyan və pisləyən qətnamə və bəyanatlar qəbul edilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi.Artıq dünyanın bir sıra dövlətlərinin qanunverici orqanlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair, Xocalı soyqırımını tanıyan və pisləyən qətnamə və bəyanatlar qəbul edilmişdir.
Tədbirdə Cəlilabad rayon Ağsaqqalr şurasının sədri Əliheydər Abbasov,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru Xudayar Sultanlı və Cəlilabad Peşə Liseyinin direktoru Etibar Sadıqov 1918-ci il Mart soyqırımına dair geniş məruzə ilə çıxış etdilər.Tədbirdə 1918-ci il Mart soyqırımına dair sənədli film nümayiş olundu.

Keçidlər