Şriftin ölçüsü :

Saytın rəngi :

“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir.

06 aprel 2018 | 16:00

6 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və  Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir.Tədbirdə  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov, rayonun aidiyyəti  müəssisə rəhbərləri,  bələdiyyə sədrləri, yerli sahibkarlar, iş adamları, bankların və kredit təşkilatlarının,  ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri  iştirak etdilər.Tədbir iştirakçıları əvvəlcə respublikamızda sahibkarlığın inkişafından bəhs edən slayda tamaşa etdilər.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək respublikamızda sahibkarlığın  inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi  ilə bağlı çıxış etdi , Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə   uyğun olaraq rayonumuzda  bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi. Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, sahibkar-müvəkkil kredit təşkilatları arasında qarşılıqlı əlaqələr, rayonda həyata keçirilməsi məqsədəmüvafiq olan nümunəvi layihələrin hazırlanması istiqamətində atılacaq addımlar barədə ətraflı məlumatlar verdi.Tədbirdə sahibkarlar və torpaq mülkiyyətçiləri çıxış edərək onları narahat edən məsələlər barədə fikir mübadiləsi apardılar.

Keçidlər