Xəlilabad kəndinə təbii qaz verilmişdir
Dövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir.Aprelin 7-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, "Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev,Milli Məclisin deputatları Malik Həsənov,Mirkazım Kazımov və ictimaiyyət nümayəndələri Cəlilabad rayonunun Xəlilabad kəndinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak etmişdir.Mərasimdə bildirilmişdir ki, 281 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19585 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 281 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.Tədbirdə dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Namiq Zeynalov qeyd edib ki,son iki ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 48 kəndi təbii qazla təmin olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açan Namiq Zeynalov Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.Tədbirdə "Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev,Milli Məclisin deputatları Malik Həsənov və Mirkazım Kazımov çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, dövlətimiz tərəfindən regionların inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.Tədbirdə iştirak edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonda RİH başçısı Namiq Zeynalov rəmzi məşəli alovlandırdı və mavi yanacağın evlərə verilməsinə baxış oldu.