Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

10 may 2018 | 16:00

  Ümummilli Lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi,Cəlilabadda da  təntənə ilə qeyd edilmişdir.Mayın 10-da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov,aparat işçiləri,hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ümummulli Lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək önünə təzə-tər gül dəstəsi qoymuşlar.
   Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.Tədbiri giriş sözü ilə açan Cəlilabad RİH-nin başçısı Namiq Zeynalov bildirdi ki, may  ayının  10-u xalqımızın  xilaskar  oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Azərbaycanın dünəni, bu günü, sabahı Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün cəsarətlə  XX  əsri Heydər Əliyev əsri adlandıra bilərik. 1969-cu ildən başlanmış bu zəfər  yolu nəticəsində Heydər Əliyevin şah əsəri olan Azərbaycan  dövlətinin müstəqilliyi dönməz xarakter almış,  həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin  islahatlar həyata  keçirilmiş, müstəqil Azərbaycan dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.Bu müdrik rəhbərin bizə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün sözün həqiqi mənasında dinamik və hərtərəfli  inkişaf edən bir ölkədir. Ulu öndərin siyasi kursunu yeni dövrə uyğun olaraq  keyfiyyətçə yeni məzmunda uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin  gördüyü işlər ölkəmizin daha da çiçəklənməsinə, xalqın yaşayış  səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarmışdır. Cənab  İlham Əliyevin  dəfələrlə bəyan etdiyi kimi, bu günkü  surətli  yüksəlişin təməlində müdrik Heydər Əliyev siyasəti durur.
   Tədbirdə əməkdar mədəniyyət işçisi Cahangir Muradov,Aərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllimi Dürdanə Əliyeva və Cəlilabad şəhər 5 saylı əsas məktəbin müəllimi Kamilə Hacıyeva  çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri, onun şərəfli tarixi irsi və bu irsin nəsillərə örnək olması barədə fikirlərini söyləyiblər.Tədbir konsert proqramı ilə davam etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər