Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilmişdir

16 may 2018 | 16:00

16 may 2018-ci il tarixdə Cəlilabad rayon mərkəzləşdirilmiş kitabxana sistemində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş kitab bayramı keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov,hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri,oxucular iştirak etdilər.Tədbirdə  respublikanın aparıcı nəşriyyatlarında işıq üzü görən müxtəlif kitablar sərgilənmişdi. Masalar üzərinə düzülən kitablar tədbir iştirakçılarına sonsuz sevinc bəxş etmişdir. Ümummilli liderin həyat və yaradıcılığına həsr olunan nəşrlər, tariximizi özündə əks etdirən monoqrafiyalar, gənc və uşaq ədəbiyyatının nəfis  nümunələri hamının böyük marağına səbəb oldu. Kitab bayramında sərgilənən nəşrlər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və demək olar ki, müxtəlif yaş, düçüncə tərzi və maraq dairələri olan insanları özündə birləşdirməyə cəhd edir. Azərbaycanın yüksələn iqtisadiyyatı, şair və yazıçıların dəyərli əsərləri bu bayramda oxuculara fəxarətlə təqdim edildi. Tədbirdə bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışılmış, latın qrafikalı kitabların nəşri istiqamətində həyata keçirilən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı diqqətə çatdırılmışdır.Sonda rayon incəsənət ustalarının  hazırladıqları konsert proqramı nümayiş olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər