Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 18 may - Beynəlxalq Muzeylər Günü qeyd olunmuşdur

19 may 2018 | 16:00

Cəlilabad Tarix-Diyarşünaslıq muzeyində 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilmişdir.Bu peşə bayramı münasibətilə tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də muzeydə “açıq qapı” günü elan edilmişdir.Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir.18 may 2018-ci il tarixdə Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində arxeoloji tədqiqatlar nəticəsində tapılan eksponatlardan ibarət sərgi təşkil olunmuşdur.Sərgidə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov,icra aparatının işçiləri,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Cəlilabadın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. 29 aprel 2010- cu il tarixində Tarix- Diyarşünaslıq muzeyinin açılışinda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Muzeydə  Respublikanın və rayonun qədim orta əsr yeni dövrünə aid arxeloji tapıntılar nümayiş etdirilir. Muzeydə 7 bölmədən ibarətdir.Muzeydə təbiət,antik dövr,kənd təsərrüfatı,hərbi dövr,etnoqrafik,tunc dövrü  bölmələri,həmçinin açıq səma altında muzey fəaliyyət göstərir.

 

 

 

 

 

 

 

 

 

Keçidlər