Cəlilabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur
BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin olunması ilə bağlı təkliflər səsləndirilmiş və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar verilmişdir. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd edilir. İyunun 1-də Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur.Uşaqların iştirakı ilə hazırlanmış bayram konserti tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.