Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır.

07 iyun 2018 | 16:00

07 iyun 2018-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən “Tut bağı” istirahət mərkəzində  rayon ictimaiyyəti üçün  iftar süfrəsi təşkil olunmuşdur.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və dindarlar iştirak etmişdir.İftar mərasimində rayonun "Cümə" məscidinin axundu Hacı Mahmud Əsgərov tərəfindən Qurani-Kərimdən ayələr  və Ramazan duası oxundu. Hacı Mahmud Əsgərov Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd etdi. Mərasimdə ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısı xüsusi vurğulandı, edilən dualarda Uca Yaradandan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulandı.

 

 

 

 

Keçidlər