Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Azərbaycan polisinin 100 illiyi və 2 İyul - Polis Günü münasibətilə tədbir keçirilmişdir.

02 iyul 2018 | 16:00

      Bu gün Azərbaycan polisinin 100 illiyi və 2 İyul-Polis Günü münasibətilə Cəlilabad rayonunda tədbir keçirilmişdir.Tədbir iştirakçıları  əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.Tədbiri giriş sözü ilə açan Cəlilabad  Rayon Polis Şöbəsinin rəisi polkovnik Mübariz Quliyev tədbir iştirakçılarını Azərbaycan polisinin100 illiyi və 2 İyul-Polis Günü münasibətilə təbrik etmiş, Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salmış, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.Mübariz Quliyev bildirmişdir ki, Azərbaycan polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduğunu, sabitliyin, əmin-amanlığın keşiyində durduğunu, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gündə vəzifə borcunu şərəflə yerinə yetirməkdədir. Polis əməkdaşlarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu qeyd edən Mübariz Quliyev bundan sonra da bu müqəddəs vəzifənin yerinə yetrilməsində səylə çalışacaqlarını qeyd etdi.
       Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycan polisinin 100 illiyi və 2 İyul - Polis Günü münasibətilə polis işçilərini təbrik edərək vurğuladı ki, ölkədə sabitliyin bərpa olunması və qorunub saxlanılmasında polis əməkdaşlarının mühüm rolu olmuşdur. Dövlətçiliyimizin təhlükəsizliyində mühüm rol oynayan polis orqanları cinayətkarlığa qarşı mübarizə,ictimai qaydaların qorunması,transmilli cinayətkarlığın qarşısının alınması sahəsində böyük uğurlar qazanmışdır.Əməkdaşların qanunçuluğa,xidməti və icra intizamına, etik normalara və davranış qaydalarına əməl etmələri yönümündə kompleks təşkilatı-praktiki tədbirlər görülür.Kadr potensialının yaxşılaşdırılması nəticəsində Azərbaycan polisi üzərinə düşən vəzifələri laiqincə yerinə yetirir.Bunu rayonumuzun timsalındada aydın görmək olar. İnamla demək olar ki,hazırda Cəlilabad rayonu təkcə regionun deyil, bütövlükdə ölkənin  kriminogen cəhətdən ən sabit yaşayış məntəqələrindən biridir.Əhali həmişə öz polisinə güvənir və onu özünün əh etibarlı müdafiəçisi hesab edir.Polis əməkdaşlarımız vətənə və dövlətə sədaqətlə xidmət edir,daxili sabitliyin,insan hüquq və azadlıqlarının qorunması işində bütün qüvvə və bacarığını sərf edir.Öz andına həmişə sadiq olan polis işçiləri ölkəmizin ən təhlükəsiz,demokratik və hüquqi dövlətə çevrilməsi yolunda ölkə başçısının fəal köməkçisi kimi çıxış edirlər. Ulu ödərimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur.Bununla da Ümummilli Liderimiz tərəfindən milli dövlətçilik ənənələrinə sadiqlik bir daha nümayiş etdirilmişdir.Bugün müstəqil Azərbaycanda cinayətkarlıqla mübarizənin, ictimai qayda-qanunun,təhlükəsizliyinin təmin edilməsi kimi mühüm bir vəzifəni yerinə yetirən Azərbaycan polisinin xidmətləri möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmiş,polis əməkdaşları mütəmadi olaraq dövlət mükafatlarına,ali hərbi və xüsusi rütbələrə laiq görülmüşlər.
     Tədbirdə çıxış edən rayon prokuroru Taryel  Ələkbərov, DTX-nin rayon şöbəsinin rəisi Mehman Qasımov,rayon məhkəməsinin sədri Vüsal Cəbrayılov və diğər tədbir iştirakçıları çıxış edərək 100 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər.
    Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tərəfindən cinayətkarlıqla mübarizədə və təhlükəsizliyin qorunub saxlanılmasında göstərdiyi səylərə görə  fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar təqdim edərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər