Cəlayir kəndinə ilk dəfə təbii qaz verildi
Dövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir. 12 sentyabr 2018-ci il tarixdə rayonun 1090-dən çox əhalisi olan Cəlayir kəndinə də mavi yanacaq verilib.147 abonenti olan kənddə 13608 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib.147 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Namiq Zeynalov qeyd edib ki, son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cəlayir kəndidə daxil olmaqla rayonun 50 kənd yaşayış məntəqəsi təbii qazla təmin olunub.Namiq Zeynalov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov əlamətdar hadisə münasibətilə kənd sakinlərinə təbrik etdi, yeni istifadəyə verilmiş mavi qazdan səmərəli və ehtiyatla istifadə olunması ilə bağlı kənd sakinlərinə tövsiyələrini çatdırdı.Çıxış edən kənd sakinləri kənddə təbii qazın verilməsinə və göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.Sonda RİH başçısı Namiq Zeynalov rəmzi məşəli alovlandırdı.