“Cəlilabad rayonunun inzibati sərhədləri daxilində aparılmış elektron kadastr uçotu işinin nəticələri və təhlili” barədə forum keçirilmişdir.
“Azərbaycan Respublikasında torpaq münasibətlərin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası olaraq ölkədə torpaqların elektron kadastr uçotu aparılır.Həmin Fərmana əsasən elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işləri Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cəlilabad rayonunda maarifləndirmə işləri aparılmışdır. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən xarici şirkətin mütəxəssislərinin ərazidə çalışmaları üçün lazimi təşkilati dəstək verilmişdir. Məlum Fərmanın icrası və ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticəsi haqqında Cəlilabad rayon Heydər Əliyev Mərkəzində təqdimat keçirilmişdir.Təqdimat mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri, layihə işçi qrupun rəhbəri Əliqulu Cabbarova,kənd icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçilər və istifadəçilər iştirak etmişdir.