Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda qanvermə aksiyası keçirildi

20 sentyabr 2018 | 16:00

20 sentyabr  2018-ci il tarixdə Cəlilabad rayon mərkəzi xəstəxanasında Aşura mərasimi ilə əlqədar “qanvermə” aksiyası keçirilmişdir.Aksiyada  Cəlilabad Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon  ictimaiyyətinin və gənclərin  nümayəndələri aktiv şəkildə iştirak edərək qan vermişlər. Səhər saatlarından başlayan  aksiyada məqsəd hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etməkdir.Aksiyada Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən rayonun 100  nəfərdən artıq sakinindən qan götürülmüşdür.

 

 

 

 

 

 

Keçidlər