Cəlilabad rayonunda əmək yarmarkası keçirilib
28 sentyabr 2018 | 16:00
Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəlilabad Rayon Məşğulluq Mərkəzi işaxtaran və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün əmək yarmarkası keçirib.Əmək yarmarkasında 350 nəfərdən çox işaxtarana 22 idarə, müəssisə və təşkilat tərəfindən 654 boş iş yeri təklif olunub. Təklif olunan iş yerlərində orta aylıq əməkhaqqı 130 manatdan 250 manatadək olub.Əmək yarmarkasında 74 nəfər işaxtaran vətəndaşa işə göndəriş verilib.Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi, habelə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.