Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Beynəlxalq Müəllimlər Günü qeyd olunmuşdur.

04 oktyabr 2018 | 16:00

4 oktyabr 2018-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər günü qeyd olunmuşdur. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, aparat işçiləri,hüquq mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri iştirak etmişlər.Tədbirdə çıxış edən RİH-başçısı Namiq Zeynalov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat vermişdir.Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə rayonun bir qrup qabaqcıl təhsil işçisinə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.

 

 

 

 

 

 

 

Keçidlər