Cəlilabad Regional Mühafizə Bölməsinin yeni inzibati binası istifadəyə verilmişdir
Oktyabrın 26-da Cəlilabad Regional Mühafizə Bölməsinin yeni tikilmiş inzibati binasının açılış mərasimi olmuşdur.Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Baş Mühafizə İdarəsinin rəis müavini- polis polkovniki Daşqın Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,mühafizə bölməsinin əməkdaşları iştirak etmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək, yeni bölmənin əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıb.RİH başçısı bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır.Yeni binanın istifadəyə verilməsinin ictimai qaydanın qorunmasının və təhlükəsizliyin təmin edilməsinin səmərəsini daha da artıracaqdır.Tədbirdə çıxış edən Baş mühafizə İdarəsinin rəisi müavini-polis polkovniki Daşqın Mehdiyev yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik etmişdir.Daşqın Mehdiyev nazirliyin mühüm qurumu kimi Baş mühafizə İdarəsinin də gündən-günə inkişafını, sıralarını sağlam, savadlı gənc əməkdaşlarla möhkəmləndirdiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların əmlakının mühafizəsində göstərdiyi xidmətlərin ölkə və DİN rəhbərliyinin diqqətində olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və polkovnik Daşqın Mehdiyev açılış mərasimində binanın qırmızı lentini kəsib və otaqları gəzərək burada yaradılan şəraitlə tanış olublar.