Cəlilabadda kənd təsərrüfatı işçiləri günü qeyd edilmişdir
Noyabrın 1-də Cəlilabadda Kənd Təsərrüfatı İşçiləri günü münasibətilə kənd təsərrüfatı məhsullarının sərgisi keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Cəlilabad rayon dövlət aqrar inkişaf mərkəzinin direktoru Rahib Kərimov, hüquq-mühafizə orqanlarının rəhbərləri,kənd təsərrüfatında çalışan fermerlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla anmışlar.Sonra tədbir iştirakçıları Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında kənd təsərrüfatı məhsullarından təşkil edilmiş sərgidə iştirak etmişlər.Sərgidə 100-dən çox istehsal sahəsinin məhsulları nümayiş etdirilmişdir.