Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü münasibətilə Cəlilabadda veloyürüş keçirilib

08 noyabr 2018 | 16:00

Dövlət Bayrağı Günü münasibətilə noyabrın 8-də Cəlilabad şəhərində bayram tədbiri keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra bayram münasibətilə şəhərdə veloyürüş keçirilib.Heydər Əliyev Seyrəngahının qarşısından start götürən veloyürüşün üzərlərində Azərbaycan bayrağı olan iştirakçıları şəhərin Heydər Əliyev prospektindən keçərək “Finiş” nöqtəsinə - Bayraq meydanına çatıblar.Veloyürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının, Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndələri,həmçinin velosiped sürmək həvəskarı olan rayon sakinləri iştirak ediblər.Yürüşün təşkilində fəal iştirakına görə AVİF-in baş katibi Fərhad Əliyev və  Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov rayon icra hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.Veloyürüşdən sonar bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov deyib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib. Azərbaycan Respublikası Prezidentinin  2009-cu il 17 noyabr tarixli sərəncamı  ilə  hər  il  noyabr  ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət bayrağı günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanında dünyanın ən uca bayrağı quraşdırılmışdır. Bu bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Bayrağın dirəyi  Gennesin rekordlar kitabına daxil edilmişdir.Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra   Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bir dəfə yüksələn bayraq bir daha enməyəcəkdir.Bayram tədbiri “Mənim Ulu Bayrağım” adlı bədii kompozisiya ilə davam etmiş,musiqi və rəqs kollektivlərinin konsert proqramı ilə başa çatmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər