Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.

13 noyabr 2018 | 16:00

   13 noyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov tur aksiyanın əhəmiyyətindən danışdı.RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən son 4 ildə “Ölkəmizi tanıyaq” tur aksiyaları keçirilir. İndiyə qədərki tədbirlərdə ölkə üzrə 20254 nəfər iştirak etmişdir. Cari ilin noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edən 10-cu tur aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3190 şagird iştirak edəcək. Bizim rayondan da 40 şagird Qəbələ-Şəki-Zaqatala bölgəsi ilə tanış olacaq.Baş memarı Ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində dinamik inkişaf yoluna qədəm qoymuşdur. Ölkəmiz gündən-günə inkişaf edir, şəhər və kəndlərimizin siması yenilənir. “Əsrin müqaviləsi” neft kontraktının vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra edilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun və Ələt Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi, Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peykinin orbitə buraxılması beynəlxalq əhəmiyyətli layihələrdir.Ölkəmizin nüfuzu durmadan artır. Cari ilin doqquz ayında möhtərəm Prezidentimiz 12 xarici ölkəyə səfər etmiş və 15 dövlət başçısını qəbul etmişdir. Xəzəryanı  5  ölkə tərəfindən qəbul edilən Konvensiyada Azərbaycanın milli maraqları öz əksini tapmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafına göstərdiyi qayğı göz önündədir. Yeganə ölkəyik ki, vətəndaşlarımız hər il pulsuz müayinə olunur. Ekologiyanın qorunması, əlillərə, şəhid  və aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə daim xüsusi diqqət göstərilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Ordumuzun maddi-texniki bazası möhkəmlənir, xarici ölkələrdən müasir texnika və silahlar alınır, döyüşçülərimizin hərbi hazırlıq səviyyəsi yüksəldilir. 2016-cı ilin aprel döyüşlərində qazandığımız nailiyyətlər bunu bir daha təsdiq edir. İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin timsalında “Böyük Qayıdış”ın  ilkin mərhələsi başlanılmışdır.Ölkəmizdə ictimai sabitlik qorunub saxlanılır, millətlərarası və dinlərarası əlaqələr genişlənir. Şərq ölkələrində baş verən hadisələr barədə hamınızın ətraflı məlumatı var. Biz sevinməliyik ki, belə bir təhlükəsiz, sakit və inkişaf edən ölkədə yaşayırıq. Bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə borcluyuq.Əziz məktəblilər,siz rayonumuzun 29 mindən çox şagirdi içərisindən seçilmisiniz. Bu, sizə böyük etimad və gələcək uğurlarınız üçün tramplindir. İnanırıq ki, göstərilən etimadı doğruldacaq, getdiyiniz bölgədə rayonumuzun adına xələl gətirməyəcək, nümunəvi davranışınızla digər şagirdlərə nümunə olacaqsınız. Sizə uğurlu yol, mənalı istirahət və salamatlıq arzulayıram.
     Tədbirdə çıxış edən tur aksiya iştirakçıları bu aksiyanın onlar üçün böyük əhəmiyyəti olduqların bildirərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə aksiya iştiraçıları adından dərin minnətdarlıqlarını bildirmişlər.Çıxış edən  valideyn və müəllimlər tur aksiyanın məktəblilərin dünya görüşünün formalaşmasında, ölkəmizin  tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənilməsindəki rolundan danışmışlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər