Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib

16 noyabr 2018 | 16:00

16 noyabr 2018-ci il tarixində Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov Şiləvəngə kəndində səyyar görüş keçirmişdir. Görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev iştirak edib. Görüşdə 130 nəfər sakin iştirak etmişdir. Cəlilabad RİH başçısı Namiq Zeynalov ölkədə və rayonda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə vətəndaşlara məlumat verdi.Sakinlər kənddə mövcud olan bir sıra problemlər barədə məsələ qaldırdılar.Qaldırılan məsələlər Abışabad və Adnalı kənd tam orta məktəb binalarının yenidən inşa edilməsi,kənd ərazisində olan elektrik dirək və naqillərinin yeniləri ilə əvəz edilməsi, həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, kənddə istismar müddəti başa çatmış kənd klubu və mədəniyyət evinin yenidən inşa edilməsi, Adnalı-Şiləvəngə avtomobil yolunun əsaslı təmir edilməsi, Abışabad kəndində ferşel-mama məntəqəsinin inşası haqqında məsələlər müraciətlərin əsasını təşkil edib.Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi cənab Dəyanət Abdullayev bildirmişdir ki, ölkədə gedən inkişaf prosesinin təzahürüdür ki, Cəlilabad gözəlləşir. Zəhmətkeş insanları ilə tanınan bu səfalı rayonda abadlıq-quruculuq işləri səngimir.Dəyanət Abdullayev rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin, yeni yaradılan infrastrukturun  təqdirəlayiq olduğunu vurğulamış və ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğısından bəhs etmişdir.Namiq Zeynalov səsləndirilən məsələlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar vermiş, Cəlilabad Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür.

 

 

 

 

 

 

 

 

 

Keçidlər