Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.

08 yanvar 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət  hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti və  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin  təşkilatçılığı ilə yanvarın 8-də çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir. Tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin inzibati binasının qarşısında keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mansur Məmmədov, Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik Asəf Əhmədov,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırışçılar və onların valideynləri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önünə tər gül-çiçək dəstələri qoymuşlar.Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmışdır.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi polkovnik Asəf Əhmədov çıxış edərək Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edildiyini qeyd edərək işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə inandığını bildirib,hərbi xidmətə gedən gənclərə uğurlar arzulayıb.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mansur Məmmədov çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı,hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib.Daha sonra Qarabağ döyüşlərində böyük şücayət göstərmiş Qarabağ qazisi Maşallah Əliyev və valideynlər çıxış edərək gənclərə hərbi xidmətdə uğur arzuladılar.Tədbir konsert proqramı ilə davam etmişdir.Tədbirdən sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər