Cəlilabad rayonunda qanvermə aksiyası keçirildi
17 yanvar 2019-cu il tarixdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qan xəstəliklərinin müalicəsi məqsədilə Cəlilabad rayon mərkəzi xəstəxanasında talasemiyyalı və hemofiliyyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilmişdir.Aksiyaya könüllü qoşulan vətəndaşlar arasında müxtəlif yaş qurupuna aid insanlar iştirak ediblər. Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri aktiv şəkildə iştirak edərək qan vermişlər. Səhər saatlarından başlayan aksiyada məqsəd hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etməkdir. Xüsusi tibbi briqadanın həkimləri tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən edilib.Humanitar aksiyada 150 nəfərə yaxın könüllü qan verib.