Şriftin ölçüsü :

Saytın rəngi :

Şabanlı kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirilmişdir

22 fevral 2019 | 16:00

Görüşdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmış, Şabanlı kəndinin sosial-iqtisadi inkişafı haqqında fikirlərini bölüşmüş, vətəndaşlardan onları maraqlandıran məsələlər barədə sərbəst və açıq şəkildə müraciət etməyi xahiş etmişdir. Görüşdə çıxış edən kənd sakinləri ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, sosial-iqtisadi tərəqqiyə, pensiya və müavinətlərin növbəti dəfə artırılmasına, minimum əmək haqqının 180 manata qaldırılmasına, regionların inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər.Görüşdə rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov əhalinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.

 

 

 

 

Keçidlər