Cəlilabad rayonunda Beynəlxalq Qadınlar Günü qeyd olunub
Bayram tədbirində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayonun qadınlarını əlamətdar gün münasibətilə təbrik edib.Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınının fəaliyyətinə yüksək qiymət verdiyini, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşdığını vurğulayan N.Zeynalov Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını diqqətə çatdırıb.Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərməklə, bəşəriyyətin ali ideallarına xidmət etməklə dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir.Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Azərbaycan qadınının ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etdiyini deyən natiq söyləyib ki, bu gün qadınlarımız dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar.Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bir qrupuna isə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.Bayram süfrəsi arxasında davam edən tədbirdə rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.