Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhərində növbəti səyyar qəbul-görüş keçirilmişdir

07 mart 2019 | 16:00

Martın 7-də Cəlilabad şəhər 2 saylı tam orta məktəbin iclas zalında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Cəlilabad şəhər sakinləri ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə Namiq Zeynalov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində son aylar imzaladığı fərman və sərəncamların icrasından danışaraq qeyd etdi ki,bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə bəxş etdiyi əmin-amanlıq və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsidir.Rayon icra hakimiyyəti başçısı aparatının rəsmilərinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət  idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbul-görüşdə Cəlilabad şəhərinin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı sakinlərin müraciət və təklifləri dinlənilib, qaldırılan  məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb.Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

 

 

 

 

 

 

 

 

 

Keçidlər