Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi

19 mart 2019 | 16:00

19 mart 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirildi.Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə respublikamızda “Ölkəmizi tanıyaq” tur-aksiyası keçirilir.Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.Namiq Zeynalov qeyd edib ki, illər ötdükcə müstəqil Azərbaycanımız, dövlətçiliyimiz daha da güclənir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik, həmrəylik güclənir, sosial-iqtisadi sahələr inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artır. Bütün bunların nəticəsində də ölkəmiz yeni-yeni uğurlar qazanır.O xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına göstərdikləri qayğı, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz tibbi müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, müharibə veteranlarına, Qarabağ əlillərinə, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımıza, imkansız ailələrə, qayğısı göz önündədir. Rayonumuzu təmsil edən iştirakçılarının bu səyahətdən də zəngin təəssuratlarla qayıdacaqlarını söyləyən Namiq Zeynalov tur-aksiya iştirakçılarına uğurlu yol arzulamışdır.Tədbirdı çıxış edən  Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Elnarə Həsənova, rayon təhsil şöbəsinin müdiri Qərənfil Əhmədova, rayon ziyalısı Ədalət Əsgərov, valideyn və müəllimlər tur-aksiyanın məktəblilərin dünya görüşünün formalaşmasında, ölkəmizin  tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənilməsindəki rolundan danışmışlar.Çıxış edən tur-aksiya iştirakçıları bu aksiyanın onlar üçün böyük əhəmiyyəti olduqların bildirərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə aksiya iştiraçıları adından dərin minnətdarlıqlarını bildirmişlər.Bildirilib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyada iştirak edəcək Cəlilabad rayonunun 40 nümunəvi şagirdi 23-26 mart tarixlərində Quba-Qusar-Xaçmaz istiqamətində səfər edəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər