Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar

23 mart 2019 | 16:00

Ölkəmizin orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının növbəti turuna start verilib. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq gözəl ənənə halı alıb.Martın 23-dən 26-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində cəlilabadlı məktəblilər Quba-Qusar-Xaçmaz rayonlarına yola düşüblər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və tur-aksiyada iştirak edəcək 40 şagird və müşayiətçilər Ulu Öndərin Cəlilabad şəhərindəki Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.Rayondakı Heydər Əliyev Seyrəngahında keçirilən yolasalma mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, rayon icra hakimiyyətinin,  təhsil şöbəsinin əməkdaşları və valideynlər iştirak ediblər.Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov çıxış edərək, ölkəmizdə gənc nəslin təlim-tərbiyəsində görülən işlərdən, eləcə də dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və qayğısı ilə həyata keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb.Həyata keçirilən layihə çərçivəsində respublikanın regionları ilə tanışlığın şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.Mərasimdə çıxış edənlər məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayaraq doğma Azərbaycanımızı daha yaxından tanımaq üçün təşkil olunmuş tur-aksiyalara görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobuslara əyləşərək yola düşüblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər