Şriftin ölçüsü :

Saytın rəngi :

Mart soyqırımı xalqımızın başına gətirilmiş ən dəhşətli faciələrdən biridir

29 mart 2019 | 16:00

29 mart 2019-cü il tarixdə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində  1918-ci ilin Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir  keçirildi.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbirdə rayon məktəblilərinin və gənclərinin   31 Mart-Azərbaycanlıların soyqrımına həsr olunmuş rəsmləri nümayiş olunmuşdur.Əvvəlcə tədbir iştirakçıları rəsmlərlə tanış olmuşlar.Sərgidə təqdim olunan rəsmlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.Tədbir iştirakçıları Soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.Tədbirdə 1918-ci il Mart soyqırımına dair sənədli film və  rayon mədəniyyət işçilərinin hazırladığı “31 Mart 1918-ci il Azərbaycan tarixinin qanlı səhifəsidir”  tamaşası nümayiş olundu.

 

 

 

 

 

 

 

 

 

Keçidlər