Zopun kəndində səyyar qəbul-görüş keçirilmişdir
Aprelin 4-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə rayonun Zopun kəndində sakinlərlə səyyar qəbul-görüş keçirilmişdir.Namiq Zeynalov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq, yenidənqurma və quruculuq işlərindən danışmışdır.Səyyar qəbul-görşdə fərdi müraciətlər dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.