Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Azərbaycan Respublikasının 10 milyoncu sakininin anadan olması münasibətilə fləşmob keçirilib

07 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb.2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayonu sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

7 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının 10 milyoncu sakininin anadan olması münasibətilə fləşmob keçirilmişdir. Fləşmob Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzinin önündə təşkil olunmuşdur.

 

 

 

 

 

 

Keçidlər