Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat Malik Həsənov Cəlilabadda seçicilərlə görüşmüşdür

10 aprel 2019 | 16:00

10 aprel 2019-cu il tarixdə 67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçilmiş millət vəkili  Malik Həsənov rayonun Maşlıq kəndində seçicilər ilə görüş keçirmişdir.Görüşdə ətraf kəndlərdən Muğan,Kazımabad və Söyüdlü  kənd sakinləri də  iştirak etmişdir. Görüşdə qaldırılan məsələlərdən kartof ixracına qoyulmuş rüsumla əlaqədar məsələlər ,kənddaxili yollara çınqıl döşənməsi,elektrik dirəklərinin yeniləri ilə əvəz olunması və sair məsələlər olmuşdur.Müraciətlərdən bəziləri öz həllini yerindəcə tapmış, bəziləri aidiyyatı qurumlara icra olunması üçün tapşırılmış,bəziləri isə nəzarətə götürülmüşdür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər