Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin V konfransı keçirilmişdir

01 may 2019 | 16:00

    01 may 2019-cu il tarixdə YAP Cəlilabad rayon təşkilatı gənclər birliyinin konfransı keçirilmişdir. Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, YAP Siyasi Şurasının üzvü, Millət vəkili Mirkazım Kazımov, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra konfrans YAP rayon təşkilatının iclas zalında davam etdirilmişdir. Konfransı giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı qeyd etmişdir ki, ölkəmizin rəhbəri  və YAP-ın sədrinin təşəbbüsü ilə həyata keçirilən “Dövlət gənclər siyasəti” gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektiv  reallaşdırması, cəmiyyətdə layiqli yer tutması üçün zəruri şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş  prioritetlər və  tədbirlər sistemidir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin yaradılmasını sürətləndirmiş, gənclərin ictimai-siyasi fəallığının artmasına da kömək etmişdir.

  Tədbirdə çıxış edən  Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirdi ki, Azərbayсan gənсliyi ölkəmizin diplomatik uğurlarının qazanılmasında da iştirak edir. Beynəlxalq idman yarışlarında qələbə qazanan gənсlərimizin Azərbayсan bayrağını yüksək pillələrdə dalğalandırması bütünlükdə gənсliyə göstərilən diqqətin nümunəsidir. Partiyamızın sədri сənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də yeni təfəkkürlü insan yetişdirmək, gənсlərimizi azərbayсançılıq ideyalarına sadiqlik ruhunda tərbiyə etməkdir. Sizlərin bütün sahələrdə qazandığınız uğurlar bütünlükdə Azərbayсanın daha da qüdrətlənməsinə xidmət edir. RİH başçısı gənсləri daha inamlı olmağa, sabaha ümidlə baxmağa çağıraraq onlara dövlətçilik işlərində, şəxsi həyatlarında uğurlar arzulayıb.

  YAP Siyasi Şurasının üzvü, Millət vəkili Mirkazım Kazımov Azərbaycan gəncliyinin potensial imkanlarının ortaya qoyulması üçün dövlətin göstərdiyi diqqət və qayğıdan bəhs edib. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıralarını gündən-günə kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyasında gənclərə fəaliyyətlərini daha da genişləndirmələri üçün lazımi şərait yaradılıb. Sonra YAP Cəlilabad  rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov IV konfransdan ötən müddətdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

   Tədbirdə çıxış edənlər ölkəmizdə yürüdülən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı həyata layihələr, dövlət proqramları barədə söhbət açıblar. Qeyd olunub ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  Sonra təşkilatı məsələlərə baxılıb. Vüsal Kazımov YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. YAP Cəlilabad rayon təşkilatı Gənclər Birliyi Şurasının tərkibi müəyyənləşib. YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər