Zəhmətabad kəndində vətəndaşlarla növbəti səyyar görüş-qəbul keçirilmişdir
2 may 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Zəhmətabad kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirilmişdir.Qəbulda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etmişdir.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi. RİH başçısı vurğuladı ki, ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. İlin ötən dövründə vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşının yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır. Son günlərdə ölkə başçısı tərəfindən sosial müdafiə sahəsində imzalanan Sərəncamlar təxminən 3 milyona yaxın insanı əhatə edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamları əsasında minimum əmək haqqı, müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılmışdır. Problemli kreditlərin həlli ilə bağlı cənab Prezidentin verdiyi fərman isə dövlətin hər zaman vətəndaşlarının yanında olduğuna bariz nümunədir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, əhalimizin yaxşı yaşasın, firəvan həyat sürsünlər.Namiq Zeynalov respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi Cəlilabad rayonundada da geniş abadlıq- quruculuq işləri həyata keçirilir.Yeni yollar salınır, küçələrə asfalt örtüyü vurulur, məktəblər, uşaq bağçaları tikilir.Əkin suyuna olan təlabatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işləri aparılır, subartezian quyuları qazılır. RİH başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 42 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu yenidən qurulmuş, 9,7 kilometrlik Cəlilabad-Uzuntəpə yolunda yenidənqurma işləri aparılır.Cəlilabad-Yardımlı avtomobil yolunda isə təmir-bərpa işlərinə başlanılmışdır. Cəlilabad şəhərində 110/35/10 kVt-luq Cəlilabad yarımstansiyasında yenidənqurma işləri başa çatmışdır. Həmcinin Cəlilabad şəhərində 8 nömrəli 100 yerlik körpələr evi-uşaq bağçası yenidən inşa edilmişdir. Məlumat üçün sizlərə bildirirəm ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərcivəsində yaşadığınız Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kövüzbulaq və Edişə kəndlərində Kövüzbulaq kənd tam orta və Edişə kənd ümumi orta məktəbləri yenidən inşa ediləcəkdir.Səyyar qəbul-görüşdə vətəndaşlar yaşadıqları kəndə təbii qaz xəttinin çəkilməsi, yeni məktəb binasının inşası, əlillik dərəcəsinin təyin edilməsi, ünvanlı dövlət sosial yardım, artezian quyusunun qazılması və sair məsələlər haqqında müraciət etmişlər.Qəbul zamanı sakinlər ölkə Prezidentinin apardığı siyasəti, böyük uğurla həyata keçirdiyi sosial islahatları ürəkdən bəyəndiklərini diqqətə çatdırımış, vətəndaş müraciətlərinə baxılması, narahatçılıq yaradan problemlərin həlli ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirdiklərini bildirmişlər.Səyyar qəbulda səsləndirilən problemli məsələlərə aydınlıq gətirilib, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.