Şriftin ölçüsü :

Saytın rəngi :

Məşədilər kəndində səyyar görüş - qəbul keçirilmişdir

08 may 2019 | 16:00

8 may  2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Məşədilər kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışmış, Cəlilabad rayonunda aparılan abadlıq və quruculuq işləri haqqında vətəndaşlara məlumat vermişdir. Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib. Vətəndaşlar Məşədilər  kəndinin qazlaşdırılmasını, Məlikqasımlı kənd tam orta məktəbinin yenidən inşa edilməsini, əlillik dərəcəsinin təyin edilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi və həyətyani torpaq sahələrinin sənədləşdirilməsi haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

Keçidlər