Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Ümummilli Lider, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi,Cəlilabadda da təntənə ilə qeyd edilmişdir.Mayın 10-da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov,aparat işçiləri,hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək önünə təzə-tər gül dəstələri qoymuşlar. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular. Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış, əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun bütün idarə və müəssisələrində, təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, idman yarışları və sərgilər təşkil olunmuşdur.