Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

11 may 2019 | 16:00

    Mayın 11-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları  və  qarşıda  duran vəzifələr  müzakirə edilib. Şura iclasında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

  Hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019- ilin birinci rübünün sosial-iqtisadi inkişafının  yekunları  və  qarşıda  duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunaraq bildirmişdir ki, 2019-cu ilin birinci rübündə Cəlilabad rayonunun iqtisadiyyatını möhkəmləndirmək üçün daxili imkanlardan səmərəli istifadə edilmiş, mədəniyyətin və mənəvi dəyərlərin inkişafına diqqət artırılmış, ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır.

   Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi üçün bütün imkanlardan maksimum istifadə edilmiş, kənd əməkçilərinə nümunəvi xidmət göstərilmişdir. Bunun nəticəsidir ki, hazırda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar  çiyələk  əkilmiş və həmin sahələri yüksək aqrotexniki qaydada becərilir.Keçən il 5000 hektar sahədə kartof əkilmiş, hər hektardan 221 sentner məhsul götürülərək 110,5 min ton kartof istehsal edilmişdir. Bu il əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul götürüləcəyi gözlənilir. Həmçinin istixana şəraitində 1500 hektar sahədə kartof becərilmiş, 35 min ton faraş məhsul istehsal edilmiş və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilmişdir. Bu il kartof satışından fermerlərin büdcəsinə  9,1 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olacağı ehtimal edilir. Rayonda 2018-ci ildə 505 hektar sahədə pambıq əkilmiş və 1446,6 ton və ya əvvəlki ilə nisbətən 446,6 ton çox məhsul istehsal edilmişdir. Ümumi məhsuldarlıq hər hektardan  28,65 sentner olmuşdur ki, bu da respublika üzrə ən yüksək göstəricidir. Pambıqçılığın yenidən bərpa edilməsi nəticəsində 200 nəfərdən çox sakinimiz işlə təmin edilmiş, fermerlərə 947,7 min manat vəsait ödənilmişdir. Əlavə olaraq istehsalçılara son məhsula görə 146,6 min manat subsidiya verilmişdir.Cari ildə isə 507 hektar sahə keyfiyyətlə şumlanmış, aqrotexniki qaydalara uyğun hazırlanmış və istehsalçılarla müqavilələr bağlanmışdır. Sahələrə çiyid səpini optimal müddətdə başa çatdırılmış və normal çıxış alınmışdır. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il   12 mart   tarixli   Sərəncamına   əsasən rayonumuzda 20 subartezian quyusunun qazılması plana salınmış və 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar həmin bəndlərdə torpaqbərkitmə işləri görülmüş, dəmir-beton konstruksiyalar quraşdırılmış, siyirtmələr və  suaxıdıcı borular dəyişdirilmişdir. Hazırda son tamamlama işləri görülən bəndlərin istifadəyə verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.Kənd təsərrüfatının və sənayenin inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərmişdir. Belə ki, birinci rübdə 2545 yeni iş yeri açılmış, 755 nəfər ictimai işlərə, 341 nəfər isə  özünüməşğulluq proqramına cəlb edilmişdir. Yaz mövsümündə Cəlilabad-Uzuntəpə və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında 20 mindən çox bəzək ağacı və gül kolları əkilmiş, Cəlilabad-Biləsuvar avtomobil yolunun  kənarında tarlaqoruyucu meşə zolaqları salınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən  hazırda 10 kənddə modul tipli məktəb tikilir. “Azərbaycan Respublikası regionlarının  2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən 5 il ərzində Cəlilabad şəhərinin Yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəbin, habelə 15 orta, ümumi və ibtidai  məktəbin tikilməsi, Cəlilabad peşə liseyinin və 4 tam orta məktəbin təmir edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi, bu il də  fevralın 11-dən mayın 1-dək vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi həyata keçirilir. Uğurla davam edən bu aksiyada indiyədək 119916 nəfər iştirak etmişdir ki, onların da 108186-sı sağlam hesab edilmiş, 10251-i ambulator müalicəyə, 854-ü stasionar müalicəyə cəlb edilmiş, 625-i isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.

  Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2019-cu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

  Toplantıda çıxış edən Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Dəyanət Abdullayev Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan, ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

 

 

 

 

 

 

 

 

 

Keçidlər