Şriftin ölçüsü :

Saytın rəngi :

Komanlı kəndində səyyar görüş - qəbul keçirilmişdir

11 may 2019 | 16:00

   11 may  2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Komanlı kəndində keçirilmişdir.Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri Komanlı-Həziabad, Komanlı-Bəcirəvan, Komanlı-Alaşar avtomobil yollarının təmir edilməsi, Həziabad kəndinə rabitə xəttinin çəkilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat, əkin sahələrində olan zərərvercilərə qarşı istifadə edilən dərman vasitələri ilə təminat, Alaşar kənd tam orta məktəbinin yenidən inşa edilməsi, Alaşar kəndinə təbii qaz xətinin çəkilməsi, elektrik dirək və naqillərinin yeniləri əvəz edilməsi, fərdi yaşayış evi tikmək üçün həyatyani torpaq sahəsinin verilməsi  haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

 

 

 

Keçidlər