Cəlilabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur
01 iyun 2019 | 16:00
01 iyun 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında “01 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, ümumtəhsil məktəblərinin şagirdləri, valideynlər iştirak etmişdir.Bayram tədbirində uşaqların iştirakı ilə hazırlanmış bayram konserti tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.