Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun ümumtəhsil məktəblərində “Son zəng” mərasimləri keçirilib

14 iyun 2019 | 16:00

Cəlilabad şəhər 1 saylı tam orta məktəb-liseyində keçirilən tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, valideynlər  iştirak etmişdir. Tədbirdə çıxış edən RİH başçısı Namiq Zeynalov və qonaqlar məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Mərasimlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və qazanılan uğurlardan danışılıb. Tədbirdə ölkə üzrə keçirilmiş fizika fənni üzrə olimpiadanın qalibi, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyinin məzunu Merac Məmmədova Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Namiq Zeynalov tərəfindən hədiyyə təqdim edilmişdir.“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar da məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar. Çıxış edən məzunlar onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, doğma məktəblərinin şərəfini daim uca tutacaqlarını söyləyiblər.Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

 

 

 

 

Keçidlər