Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıllı kəndində səyyar görüş - qəbul keçirilmişdir

20 iyun 2019 | 16:00

20 iyun 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Mİkayıllı kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlardan danışmış, Cəlilabad rayonunda aparılan abadlıq və quruculuq işləri haqqında vətəndaşlara məlumat vermişdir. Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib. Vətəndaşlar Mikayıllı kəndinin qazlaşdırılmasını, kənd ərazisində olan elektrik dirək və naqillərin yeniləri ilə əvəz edilməsini, kəndə içməli su xəttinin çəkilməsini və kənddaxili yolların təmir edilməsi haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlər qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

 

Keçidlər