Şriftin ölçüsü :

Saytın rəngi :

Ləzran kəndində səyyar görüş - qəbul keçirilmişdir

27 iyun 2019 | 16:00

27 iyun 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Ləzran kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib. Vətəndaşlar Ləzran kəndinin qazlaşdırılmasını, kənd ərazisində olan elektrik dirək və naqillərin yeniləri ilə əvəz edilməsini və Cəngan kənd tam orta məktəb binasının yenidən inşa edilməsi haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlər qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

Keçidlər