Şriftin ölçüsü :

Saytın rəngi :

Polis işçilərinin peşə bayramı Cəlilabadda təntənəli yığıncaqla qeyd edilib.

02 iyul 2019 | 16:00

Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov peşə bayramı münasibətilə polis işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulanıb ki, Azərbaycan polisi dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında, ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsində bundan sonra da öz qüvvə və səylərini əsirgəməyəcək.Tədbirdə çıxış edən şöbənin rəisi, polis polkovniki Mübariz Quliyev Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.Sonda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

 

 

 

 

 

 

 

 

 

Keçidlər