Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunun 2019-cu ilin ikinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

06 avqust 2019 | 16:00

      Avqustun 6-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş Şura iclasında 2019-cu ilin ikinci rübünün sosial-iqtisadi inkişafının  yekunları  və  qarşıda  duran vəzifələr  müzakirə edilib. Şura iclasında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

      Hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunaraq bildirmişdir ki, 2019-cu ilin ikinci rübündə rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə edilmişdir. Əkin strukturunda əsas yer tutan taxılçılığın inkişaf etdirilməsi məqsədilə 54,9 min hektar sahədə buğda, 4,5 min hektarda arpa və 3,8 min hektarda vələmir əkilmişdir. Həmin sahələr qısa müddət ərzində biçilmiş, 203,7 min ton buğda, 15,9 min ton arpa və 10,1 min ton vələmir istehsal edilmişdir. Taxılçılıqla yanaşı kartofçuluğun da inkişafı diqqət mərkəzində saxlanılmış, 5000 hektar sahədə kartof əkilmiş, hər hektardan 229 sentner məhsul götürülərək 114,5 min ton yüksək keyfiyyətli kartof istehsal olunmuşdur. Məhsulun 91,6 min tonunun və ya 80 faizinin Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində fermerlərin büdcəsinə 10,0 milyon ABŞ dollarından çox vəsait daxil olmuşdur. Bundan başqa, kənd əməkçiləri 7,2 min ton noxud, 533 ton mərci, 262 ton lərgə və 2,9 min ton tərəvəz istehsal etmişlər. Üzümçülər isə 1401 hektar sahədə  bol məhsul yetişdirməyə nail olmuşlar. Hazırda məhsul yığımı davam edir. Cari ildə 507 hektar sahədə pambıq əkilmiş, sahələrin suvarılması üçün zəruri tədbirlər görülmüş və normal çıxış alınmışdır. Həyata keçirilən tədbirlər bu il tarlalardan  daha çox “ağ qızıl” toplanacağına zəmanət verir.Rayonun 14 kümçüsü isə 697 kiloqram yaş barama istehsal edərək “Şəki ipək” ASC-yə təhvil vermişlər.

   Əkin sahələrinin suvarılması məqsədilə 15 hidrotexniki qurğu təmir edilmiş, 266,7 min kubmetr kanal lildən təmizlənmiş, 22,2 min hektar əkin sahəsi suvarılmışdır. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən rayonumuzda 20 subartezian quyusunun qazılması plana salınmış və 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar həmin bəndlərdə torpaqbərkitmə işləri görülmüş, dəmir-beton konstruksiyalar quraşdırılmış, siyirtmələr və  suaxıdıcı borular dəyişdirilmişdir. Hazırda son tamamlama işləri görülən bəndlərin istifadəyə verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
 
    Ötən müddət ərzində “Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən fermerlərə 70 faiz güzəştlə 2,2 min ton gübrə və 9,0 min litr herbisid satılmışdır. Bu hesaba həm məhsuldarlıq yüksəlmiş, həm də fermerlərin qazancı çoxalmışdır.

     Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində  qaramalın sayı 95,6 min başa, davarların sayı 119,6 min başa, quşların sayı 849,5 min başa çatdırılmışdır. Yarım ildə 6,7 min ton ət, 25,0 min ton süd və 9,8 milyon ədəd yumurta istehsal edilmişdir. Həmçinin lizinq yolu ilə xaricdən 725 baş cins qaramal gətirilmiş, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün 2783 baş inək süni mayalandırılmış və 1825  baş cins buzov alınmışdır. “Cəlilabad-broyler” ASC tərəfindən 1132 ton yüksək keyfiyyətli məhsul istehsal olunması  əhalinin quş ətinə təlabatının ödənilməsində mühüm rol oynamışdır.

     Hazırda “Günəşli” aqroparkında xaricdən gətirilmiş 587 baş cins inək becərilir və gündə orta hesabla 5600 litr süd istehsal olunur. Birinci yarımildə 924 ton süd və 255 ton ət istehsal edilmişdir. Aqroparkın istifadəsində olan 1600 hektar torpaq sahəsinin 1200 hektar əkin sahəsində pivot suvarma sistemi quraşdırılmış, 650 hektar buğda, 850 hektar arpa və 100 hektar  yonca əkilmişdir. Sahələrdən 1,6 min ton buğda və 20,1 min ton arpa götürülmüşdür.

    Rayon icra hakimiyyəti tikinti-quruculuq işlərini və yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasını daim diqqət mərkəzində saxlamışdır. Belə ki, rayon mənzil istismarı sahəsinin balansında olan 8 çoxmənzilli binanın fasadları və giriş hissələri  təmir olunmuş, kanalizasiya xətləri yeni sistemə qoşulmuş, Mirzəli Hüseynzadə, Qarabağ və Babək küçələri asfaltlaşdırılmış, Heydər Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsindəki qairə yenidən qurulmuşdur. Bundan başqa, Ələt-Astara magistral yolundan Cəlilabad şəhərinə girişdə quraşdırılmış ad göstəricisinin ətrafında abadlıq işləri görülmüş, Heydər Əliyev prospektində, Cavadxan, Qurtuluş və Səməd Vurğun küçələrində fərdi yaşayış evlərinə məxsus hasarlar suvanmış, açıq həyətlərə dəmir hasarlar çəkilmişdir. 

   Rayonda “ASAN xidmət” mərkəzinin, xalça fabrikinin, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün sosial sığınacağın və ixtisaslaşdırılmış reablitasiya mərkəzinin tikintisi üçün müvafiq torpaq sahələri ayrılmışdır. Hazırda “ASAN xidmət” mərkəzinin  tikintisi davam etdirilir. 

   Yaz mövsümündə Cəlilabad-Uzuntəpə və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında 20 mindən çox  bəzək ağacı və gül kolları əkilmiş, Cəlilabad-Biləsuvar avtomobil yolunun  kənarında tarlaqoruyucu meşə zolaqları salınmışdır. 

   Aqrar bölmənin inkişafı və tikinti-abadlıq işləri əhalinin məşğulluğuna da müsbət təsir göstərmişdir. Kartof, çiyələk, noxud, mərci, sarımsaq və digər bitkiçilik məhsullarının becərilməsində təkcə rayonumuzun deyil, qonşu rayonların da əmək qabiliyyətli sakinlərinin əməyindən istifadə olunur.  Bundan başqa, 5681 yeni iş yeri açılmış, 1073 nəfər ictimai işlərə, 478 nəfər isə  özünüməşğulluq proqramına cəlb edilmişdir.

   Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə davamlı tədbirlər görülür. Belə ki, hazırda Heydər Əliyev Fondu tərəfindən Muğan kəndində 500 şagird yerlik yeni məktəb tikilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən 10 kənddə modul tipli məktəbin tikilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, “Azərbaycan Respublikası regionlarının  2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Cəlilabad şəhərinin Yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəb, habelə 15 orta, ümumi və ibtidai  məktəb tikilməli, Cəlilabad peşə liseyi və 4 tam orta məktəb təmir edilməlidir. Həmçinin Dövlət İnvestisiya Proqramı çərçivəsində Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəb üçün yeni bina tikiləcək.  

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi, bu il də fevralın 11-dən mayın 10-dək vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi həyata keçirilmişdir. Həmin aksiyada 141677 nəfər iştirak  etmişdir ki, onların da 126270-i sağlam hesab edilmiş, 13531-i ambulator müalicəyə, 1061-i stasionar müalicəyə cəlb edilmiş, 815-i isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.

   Məruzə ətrafında müzakirələrdə çıxış edən DSMF rayon şöbəsinin müdiri Elxan Cavadov, rayon məşğulluq mərkəzinin direktoru vəzifəsini icra edən Elşən Əliyev, rayon dövlət aqrar inkişaf mərkəzinin direktoru Rahib Kərimov 2019-cu ilin ikinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq mövcud problemlərlə bağlı təkliflərini bildiriblər. 

   Tədbirdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif olunmuş rayon icra hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Miriş Qubadova “Tərəqqi” medalı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuş rayon dövlət aqrar inkişaf mərkəzinin direktoru Rahib Kərimova, rayon mərkəzləşdirilmiş kitabxana sistemi məsul işçisi, əməkdar mədəniyyət işçisi Cahangir Muradova, Azərbaycan Dövlət Pedaqoji Universietinin Cəlilabad filialının direktoru Xudayar Sultanlıya, RİH başçısının Xanəgah kənd İƏD üzrə nümayəndəsi Ərəstun Ağayevə yubiley medalı və rayon bələdiyyələri əlaqələndirmə şurasının sədri, rayon ağsaqqalı Bağış Mustafayevə isə  80 illik yubleyi münasibətilə hədiyyə və rayon icra hakimiyyəti başçısının fəxri fərmanı təqdim edilmişdir.

 

 


 

 

 

 

 

 

 

Keçidlər