Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlayir kəndində səyyar görüş - qəbul keçirilmişdir

10 avqust 2019 | 16:00

10 avqust 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Cəlayir kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib. Vətəndaşlar Mirzəli, Lallar kəndlərinin qazlaşdırılmasını, kənd ərazisində olan elektrik dirək və naqillərin yeniləri ilə əvəz edilməsini, kənddaxili yolların təmir edilməsi haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlər qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

Keçidlər