Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü keçirilmişdir
15 avqust 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu rayonun Pərdi kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 50 nəfərdən çox kənd sakinləri iştirak edib. Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib. Vətəndaşlar Pərdi kəndinin qazlaşdırılması, kənd ərazisində olan elektrik dirək və naqillərin yeniləri ilə əvəz edilməsi, 1965-ci ildə inşa olunan Pərdi kənd orta məktəbinin yenidən inşa edilməsi barədə müraciət etmişlər.
Rayon icra hakimiyyəti başçısı tərəfindən bildirilib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində qaldırılan məsələlərin əksəriyyəti yaxın zamanlarda həllini tapacaq və kənd əhalisinin elektrik və təbii qaza olan təlabatı tam ödəniləcəkdir. Pərdi kəndinin də yeni məktəb binasına ehtiyacı olduğu üçün bu istiqamətdə məqsədyönlü tədbirlər görülür və investisya proqramına uyğun olaraq digər ucqar kəndlərdə olduğu kimi burada da yeni təhsil ocağı inşa ediləcəkdir.
Rayon İcra Hakimiyyətinin başçısı xeyli müddət əvvəl yaranan problemlərin vaxtında və tam şəkildə həlli üçün Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara bütün köməklilklərin göstəriləcəyini bildirdi və sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.