Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli kəndində səyyar görüş - qəbul keçirilmişdir

24 avqust 2019 | 16:00

20 avqust  2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Həsənli kəndində keçirilmişdir.Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri Həsənli-Məşədihüseynli avtomobil yolunun təmir edilməsi, Həsənli kəndinə rabitə xəttinin çəkilməsi,  Məşədihüseynli, Həsənli, Çünəxanlı və Cəfərli kəndlərinə qaz xəttinin çəkilməsi, kənddaxili yollara çınqıl döşənməsi, elektrik enerjisinin normal verilişi üçün elektrik xətlərinin yenilənməsi, işlə təminat,əlilllik dərəcəsinin təyin edilməsi və ünvanlı dövlət sosial yardım almasına köməklik göstərilməsi barədə müraciət etmişlər.  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

Keçidlər