Şriftin ölçüsü :

Saytın rəngi :

Xəlilabad kəndində səyyar görüş - qəbul keçirilmişdir

05 sentyabr 2019 | 16:00

5 sentyabr 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Xəlilabad kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri Hamarqışlaq-Hacıcavad  avtomobil yolunun təmir edilməsi, elektrik enerjisinin normal verilişi üçün elektrik xətlərinin yenilənməsi, kənddə içməli su probleminin həllinə kömək edilməsi, kənd idman meydançasının qreyderlə hamarlanması, kənddaxili yollara çınqıl döşənməsi və digər məsələlər barədə müraciət etmişlər.  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

Keçidlər