Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədrzalı kəndində səyyar görüş - qəbul keçirilmişdir

11 sentyabr 2019 | 16:00

11 sentyabr 2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Məmmədrzalı kəndində keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Görüşdə kənd sakinləri Təklə-Məlikqasımlı avtomobil yolunun təmir edilməsi, kəndə qaz xəttinin çəkilməsi və sair məsələlər barədə müraciət etmişlər.  Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

Keçidlər