Şriftin ölçüsü :

Saytın rəngi :

Çinar kəndində səyyar görüş - qəbul keçirilmişdir

19 sentyabr 2019 | 16:00

19 sentyabr 2019-cu il tarixində Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov Çinar kəndində səyyar görüş keçirmişdir. Görüşdə Cəlilabad RİH başçısı Namiq Zeynalov ölkədə və rayonda sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə vətəndaşlara məlumat verdi.Sakinlər kənddə mövcud olan bir sıra problemlər barədə məsələ qaldırdılar .Namiq Zeynalov səsləndirilən məsələlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar vermiş, Cəlilabad Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür.

 

 

 

 

 

 

 

Keçidlər