Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edib

23 sentyabr 2019 | 16:00

Sentyabrın 23-də Azərbaycan Respublikasının Vergilər nazirinin müavini Mətin Eynullayev Cəlilabad şəhərində Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və Azərbaycan Respublikasının Vergilər nazirinin  müavini Mətin Eynullayev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.Qəbulda vergi qanunvericiliyinin tətbiqi, vergilərin hesablanması və ödənilməsi, vergi orqanlarında işlə təmin olunma, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlərlə bağlı müraciətlərə baxılıb.Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

Keçidlər