Şriftin ölçüsü :

Saytın rəngi :

Kövüzbulaq kəndində səyyar görüş - qəbul keçirilmişdir

24 sentyabr 2019 | 16:00

24 sentyabr  2019-cu il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu rayonun Kövüzbulaq kəndində keçirilmişdir.Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin    5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ölkədə Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışmış, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Cəlilabad rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat vermişdir.Görüşdə kənd sakinləri əlillik dərəcəsinin təyin edilməsi, 504 şagird yerlik Kövüzbulaq kənd tam orta məktəb binasının yenidən inşa edilməsi, 162 abonenti olan Kövüzbulaq kəndinin qazlaşdırılması, kənddaxili avtomobil yollarına çınqıl döşənməsi, pay torpaq sahəsinin zərhəd zolağında yerləşdiyi üçün yerinin dəyişdirilməsi, işlə təmin edilmə, kənddə tibb məntəqəsinin inşa edilməsi haqqında müraciət etmişlər. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edən təkliflərlə bağlı izahat işi aparılıb və araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata götürülərək aidiyyatı qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

Keçidlər